Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi yaşayış massivi ərazisində dənizdə batmış 1979-cu il təvəllüdlü Mikayıl Rəhim oğlu Mirzəyevin cəsədi Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Sitat.info-ya FHN-dən bildirilib.
"Vətəndaş ən yaxın xilasetmə məntəqəsindən 5 km məsafədə nəzarət olunmayan ərazidə batıb", - məlumatda qeyd olunub.