BMT: Sudanda köçkünlərin sayı 10 milyonu ötüb

00:28 11 İyun 2024

Sudanda davam edən silahlı toqquşmalar səbəbindən məcburi köçkün vəziyyətinə düşənlərin sayı 10 milyonu keçib.

Sitat.info xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.

Məlumata görə, 2 milyondan çox sudanlı xaricə, əsasən də qonşu Çad, Cənubi Sudan və Misirə axın edib.

Məcburi köçkünün yarıdan çoxu uşaqlardır. 

BMT-nin məlumatına görə, dünyanın ən böyük köçkünlük və aclıq böhranının yaşandığı Sudanda münaqişələr nəticəsində 16 mindən çox insan həyatını itirib, 25 milyondan çox insan isə humanitar yardıma ehtiyac duyur.

Türkan 

Sitat.info



Xəbər xətti