Rusiya dövlət mediası İranla hərtərəfli əməkdaşlığın dayandırıldığını açıqlayıb. Bu açıqlamadan sonra bütün gözlər Moskva-Tehran münasibətlərinə çevrildi...
Rusiyanın Ukraynaya təcavüzündən sonra Tehran-Moskva münasibətləri demək olar ki, yeni səviyyəyə çatıb. Müharibənin əvvəlində klassik döyüş mərhələsi geridə qaldıqdan sonra, İran tərəfi Rusiyaya PUA-lar və hərbi sursat göndərməyə başladı. ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Rusiya və İran arasında hərbi əlaqələrin hərtərəfli müdafiə tərəfdaşlığına çevrildiyini bildirdi.
Ötən ay helikopter qəzasında həlak olan İran prezidenti Rusiya lideri Putinlə sonuncu dəfə aprel ayında görüşüb. İranın İsrailə hücumuna ilk ictimai qiymət verən Putin deyib ki, Yaxın Şərqdə hazırkı qeyri-sabitliyin əsas səbəbi fələstinlilərlə İsrail arasında həll olunmamış münaqişədir.
İndi Rusiya dövlət mediası Rusiya Xarici İşlər Nazirliyinin rəsmisinə istinadən Moskva ilə Tehran arasında hərtərəfli əməkdaşlığın dayandırıldığını bəyan edib. Bu dayandırmanın səbəbi İran tərəfinin üzləşdiyi “problemlər” kimi göstərilib. Rusiya da bildirib ki, bu qərar “iki ölkə liderləri tərəfindən qəbul edilən strateji qərardır, proses hələlik dayanıb”.
İrandan hələlik heç bir açıqlama verilməyib.
Nərgiz,
Sitat.info