Bakıda 9-cu sinif şagirdini yumruqladılar - (VİDEO)

16:28 11 İyun 2024

Bakının Səbail rayonunda 9-cu sinif şagirdi döyülüb.

Sitat.info xəbər verir ki, bu barədə “Liatris Holding”in rəhbəri, tanınmış iş xanımı Ruhiyə Əliyeva özünün feysbuk hesabında yazıb. 

O dava anını da lentə  alıb.

R.Əliyeva sosial şəbəkə heabında bunları yazıb:

"Bakı şəhəri, Səbail rayonunda yerləşən 189 saylı orta məktəbin mühafizəçisinin 9-cu sinif şagirdini döyməsinin videosunu təssüf hissi ilə izlədim. Övladı yerində olan uşağı bu cür vurmaq doğrudan da vəhşilikdən başqa bir şey deyil. Həmin şagirdin hansısa pis hərəkət etməsi və ya kobud söz işlətməsi bu cür zorakı davranışa qətiyyən əsas vermir. Yayılan məlumata görə məktəb mühafizəçisi artıq işdən azad olunub. Lakin onun işdən azad olunması ilə bu məsələ bağlana bilməz. Əminəm ki, hüquq mühafizə orqanları belə zorakılığa yol verən şəxsin əməllərinə hüquqi qiymət verəcək"

Sitat.info dava anının videosunu təqdim edir:

Məğrur,

Sitat.info

 



Xəbər xətti