Xəbər verdiyimiz kimi Səbail rayonu, 189 saylı məktəbin 9-cu sinif şagirdinin döyülməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntü yayılmışıdı.
Videoda ortayaşlı şəxsin şagirdin üz nahiyəsinə yumruqla zərbə vurduğu aydın görünür.
Ətrafda olan məktəblilərin köməyi ilə ara sakitləşib.
Məsələ ilə bağlı sitat.info-ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı hadisə ilə bağlı bildirib ki, sosial şəbəkədə yayılan görüntülərdən məlumatlıdırlar: "Hadisə ilə bağlı aidiyyəti üzrə müvafiq polis bölməsində təhqiqat araşdırmaları aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".
Məğrur,
Sitat.info