Əsədov Mişustinə məktub ünvanladı

12:10 12 İyun 2024

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə milli bayram - Rusiya Günü münasibətilə təbrik ünvanlayıb.

Sitat.info xəbər verir ki, məktubda iki ölkə xalqlarını birləşdirən çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı anlaşma telləri, dərin mədəni və humanitar ənənələrin Azərbaycan-Rusiya qarşılıqlı faydalı əməkdaşlığın və strateji tərəfdaşlığın mütərəqqi inkişafı üçün sarsılmaz bünövrə olduğu qeyd olunub.

İki ölkə arasında geniş spektrdə, o cümlədən, ticarət-iqtisadi, investisiya, sənaye, nəqliyyat, mədəni-humanitar və bir çox digər sahələrdə konstruktiv ikitərəfli dialoqun və səmərəli əməkdaşlığın xüsusi məmnunluq doğurduğu vurğulanıb.

Ə.Əsədov Azərbaycan ilə Rusiya arasında çoxşaxəli əməkdaşlığın xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da mütərəqqi şəkildə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.



Xəbər xətti