Bakıda yaşayan naxçıvanlıların nəzərinə!

14:00 20 Aprel 2022

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Daimi nümayəndəlikdən bildiriblər ki, məlumatda mayın 4-dən mayın 31-dək Bakı şəhərində və respublikamızın digər bölgələrində yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi yaşayış qeydiyyatında olan sakinlər istifadə müddəti bitmiş, itirilmiş, yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini dəyişmək və yaxud yeni şəxsiyyət vəsiqəsi ilə əvəz etmək üçün Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 130 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində müvəqqəti fəaliyyət göstərəcək Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşlarına müraciət edə biləcəkləri qeyd edilib.

Bildirilib ki, sakinlər aprel ayının 25-dən etibarən aşağıdakı telefon nömrələri vasitəsilə əvvəlcədən növbə götürə bilərlər:

(012) 590-64-43,

(012) 590-64-31.



Xəbər xətti