Rəsmi Bakıdan Fransaya çağırış

12:59 12 İyun 2024

Fransanın bəzi şəhərlərində polis zorakılığı və etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilməsi bizi narahat edir.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi X hesabında məlumat yayıb.

"Toplaşmaq və ifadə azadlığı hüququndan istifadə edən dinc etirazçılara qarşı həddindən artıq güc tətbiqi qəbuledilməzdir. Biz Fransa hökumətini təcili olaraq gərginliyi azaltmağa çağırırıq", - deyə məlumatda qeyd olunub.



Xəbər xətti