Simonyan Seyran Ohanyanı tribunadan qovdu - VİDEO

13:01 13 İyun 2024

Ermənistan parlamentində spiker Alen Simonyanla müxalif deputatlar, xüsusilə də “Hayastan” fraksiyasının rəhbəri, ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyan arasında insident yaşanıb.

Sitat.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Məlumata görə, erməni spiker Ohanyanı “get buradan” deyərək tribunadan uzaqlaşdırıb.

Hadisə isə Simonyanla müxalif deputat Qeqam Nazaryan arasında mübahisə zamanı baş verib. Belə ki, Nazaryan bildirib ki, xidməti girişdən istifadə yalnız hakim partiyanın deputatlarının avtomobilləri üçün əlçatandır və bu yaxınlarda onlar binaya buraxılmayıblar. Buna cavab olaraq Simonyan müxalif deputatı “qeyri-adekvat” adlandırıb.

S.Ohanyan isə tribunaya qalxaraq spikeri yalan danışmaqda ittiham edib. Sonuncu isə keçmiş müdafiə nazirinin özünü “yalançı” adlandırıb və tribunadan qovub.



Xəbər xətti