Ermənistan Belarusdakı səfirini geri çağırdı

13:37 13 İyun 2024

Ermənistanın Belarusdakı səfiri Razmik Xumaryan məsləhətləşmələr üçün İrəvana çağırılıb.

Sitat.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı sözügedən ölkənin Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Ani Badalyan açıqlayıb.

Xatırladaq ki, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan bir daha Belarusa səfər etməyəcəyini açıqlayıb.

//Qafqazinfo 



Xəbər xətti