Paşinyan KTMT-ni tənqid edib, Lukaşenkonu hədəfə aldı: "Geri dönməyəcəyik, başqa yol yoxdur"

15:51 13 İyun 2024

 Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya mətbuatına danışıb. Paşinyan bildirib ki, Belarus prezidenti Aleksandr Lukaşenko hakimiyyətdə olduğu müddətdə heç bir Ermənistan rəsmisi Belarusa səfər etməyəcək.

Sitat.info xəbər verir ki, Paşinyan parlamentdə deputatların suallarını cavablandırıb.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Azərbaycanla Dağlıq Qarabağ müharibəsində üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini əsas gətirən Paşinyan deyib ki, , “Bütün bunlara görə məsuliyyət daşıyanlar bu ittifaqı yaradanlar, üzvləri bizə qarşı müharibə planlaşdıranlardır.  Onlar nəinki müqavilə öhdəliklərini yerinə yetirmədilər, əksinə Azərbaycanlar birlikdə Ermənistana qarşı müharibəni planlaşdırırlar,  Siz nə düşünürsünüz? Geri dönəcəyimizimi düşünürsünüz? Geri dönməyəcəyik, başqa yol yoxdur". 

Paşinyan deputatların Ermənistanın KTMT-dən çıxmasını vurğulaması ilə bağlı açıqlamalarını təkrarlayaraq deyib: "İcazə verin, bu məsələnin hara gedəcəyini sizə deyim. Biz sərhədləri çəkilmiş suveren, sülhsevər və təhlükəsiz dövlətə doğru gedirik. Narahat olmayın, geri dönməyəcəyik.  Biz bunu erkən demədik ki, ruhdan düşməsinlər”.

Türkan,

Sitat.info



Xəbər xətti