"Dünyanın taleyi 5 ölkənin əlindədir, ancaq uşaqlar ölümlərinə əhəmiyyət vermirlər" - Ərdoğan

21:01 13 İyun 2024

“İki ölkə olaraq İsrail-Fələstin münaqişəsinin həlli üçün birlikdə çalışmağı davam etdirəcəyik”.

Sitat.info  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniya Baş naziri Pedro Sançeslə görüşdən sonra keçirilən media konfransında deyib.

Türkiyə lideri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qəzzada qəbul etdiyi atəşkəs qanun layihəsi ilə bağlı suala belə cavab verib:

“Əsas olan bu planın və qərarların səmimi şəkildə idarə olunması, kağız üzərində qalmamasıdır.

Hazırda təəssüf ki, dünyanın taleyi 5 ölkənin əlindədir. Bu 5 ölkədən biri “yox” dediyi zaman məsələ bitir. Uşaqlar, qadınlar, jurnalistlər ölür, əhəmiyyət vermirlər”.

Ərdoğan İspaniyanın Fələstini tanımaq qərarını bir daha alqışladığını bildirib və bu sıraya daha çox ölkəni qoşulmasının vacibliyini qeyd edib.



Xəbər xətti