Mövqelərimiz atəşə tutuldu

21:34 13 İyun 2024

İyunun 12-si saat 19:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Sitat.info-ya Müdafiə Nazirliyindən bildirilib.

“Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb”, - məlumatda deyilir.



Xəbər xətti