ABŞ-nin Ermənistandakı səfirliyindən etirazçılara - Çağırış

20:37 13 İyun 2024

ABŞ-nin Ermənistandakı səfirliyi etirazçılara çağırış edib.

Sitat.info xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.

Səfirlik bildirib ki, paytaxt İrəvanda davam edən nümayişləri izləyirlər.

“Biz etirazçıları zorakılıqdan qaçmaqla sərbəst toplaşmaq hüququndan məsuliyyətlə istifadə etməyə çağırırıq.

Demokratik proses siyasi mübahisələri həll etmək yoludur. Biz həmçinin hüquq-mühafizə orqanlarını vətəndaşların ifadə və sərbəst toplaşmaq hüquqlarını müdafiə edərək asayişi qorumağa və nümayişləri işıqlandıran jurnalistlərlə bağlı prosedurların pozulmuş ola biləcəyi insidentləri araşdırmağa çağırırıq”, - məlumatda bildirilib.

Qeyd edək ki, dünən Ermənistanda parlament binası önündə qarşıdurmalardan sonra 101 nəfər xəsarət alıb./Qafqazinfo



Xəbər xətti