Husilər: Son 24 saatda 3 gəmini hədəf aldıq

12:31 14 İyun 2024

Yəməndə İranın dəstəklədiyi husilər son 24 saat ərzində Qırmızı dəniz və Oman dənizində 3 gəmini ballistik raketlər və pilotsuz uçuş aparatları ilə vurduqlarını açıqlayıblar.

Sitat.info xəbər verir ki, Husilərin hərbi sözçüsü Yəhya Seri televiziyada yayımlanan çıxışında Qırmızı dəniz və Oman dənizində 3 hərbi əməliyyat keçirdiklərini bildirib.

Seri Husilərin Oman dənizində Verbena gəmisini ballistik raketlə vurduğunu və gəminin alovlandığını bildirib.

Qırmızı dənizdəki “SeaGuardian” və “Athena” gəmilərinin də birbaşa ballistik raketlər və PUA-larla vurulduğunu qeyd edən Seri, gəmilərə məxsus təşkilatlar haqqında məlumat verməyib.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti