Ən isti may ayı bir çox ölkədə ölümlərə səbəb olub

12:36 14 İyun 2024

İqlim böhranı getdikcə daha da güclənir. May ayından etibarən rekord qıran qlobal və regional temperaturlar bir çox ölkədə ölümlərə səbəb olub və mütəxəssislər temperaturun yüksəldiyi bölgələrdə ölüm hallarının artacağı ilə bağlı xəbərdarlıq ediblər.

Sitat.info xəbər verir ki, Aİ-nin Kopernik İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə, 2024-cü ilin may ayı bu günə qədər ən isti may ayı olacaq, orta səth havasının temperaturu isə 1991-2020-ci illərin may ayı orta göstəricisindən 0,65 dərəcə, 1850-1900-cü illərin orta göstəricisindən 1,52 dərəcə,  2020-ci ildəki ən isti may ayının isə 0,19 dərəcə yuxarı, 15,91 dərəcə olaraq qeydə alınıb.

Qlobal temperatur rekordu ilə yanaşı dünyanın müxtəlif ölkələrində regional rekordlar isti dalğaları səbəbi ilə ölümlərə nəticələnib. 

Mart ayının sonundan etibarən Afrikanın Sahel və qərb bölgələrində yüksək temperaturlar təsirli olmağa başlayıb.  Aprelin 3-də Malidə termometrlər 42,5 dərəcə göstərdiyi halda, paytaxt Bamakodakı Qabriel-Ture Xəstəxanası rəsmiləri aprelin ilk 4 günündə 102 nəfərin anormal şəkildə həyatını itirdiyini açıqlayıb. Rəsmilər həyatını itirənlərin yarısının 60 yaşdan yuxarı insanlar olduğunu və ölümlərdə həddindən artıq istilərin rol oynaya biləcəyini açıqlayıb.

Banqladeşdə may ayının əvvəlində baş verən istilər nəticəsində azı 15 nəfər ölüb, bir çox təhsil müəssisəsi bağlanıb.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti