NATO 3 ölkədə baza yaradır

12:58 14 İyun 2024

NATO üzv ölkələrinin ərazisində üç böyük hərbi baza yaratmağı və buradan Ukraynaya silah tədarük etməyi planlaşdırır.

Sitat.info xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

Onun sözlərinə görə, Alyans NATO-nun Ukrayna missiyasını yaratmaqla Kiyevə kömək etmək istəyir:

“Bu o deməkdir ki, NATO Ukraynaya silah tədarükünü koordinasiya edəcək. Onlar Ukraynaya silah tədarük edəcəkləri yerdə üç böyük baza yaradacaqlar. Əgər bu bazalar Ukrayna ilə həmsərhəd ölkələrdə, xüsusən də Polşa, Rumıniya və Slovakiyada yaradılacaqsa, o zaman onlar hərbi hədəfə çevriləcək”.



Xəbər xətti