Avropa buna nail olmaq istəyirsə, bizə müraciət etsin!

18:00 14 İyun 2024

Avrasiya qitəsində yeni təhlükəsizlik strukturuna ehtiyac var.

Sitat.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Hesab edirik ki, Avrasiyada kollektiv təhlükəsizliyin ikitərəfli və çoxtərəfli təminatlarının yeni sisteminin geniş müzakirəsinə başlamağın vaxtı çatıb. Eyni zamanda, gələcəkdə Avrasiya regionunda xarici qüvvələrin hərbi mövcudluğunun tədricən dayandırılması istiqamətində işləmək lazımdır. Bu təhlükəsizlik sistemi Avrasiyanın bütün ölkələri üçün açıq olmalıdır. Əlbəttə ki, Avropa və NATO ölkələri üçün də”, - Putin bildirib.

Putinin sözlərinə görə, potensial iştirakçılarla dialoq qurmaq lazımdır, məsələ buna açıq olan dövlətlərlə müzakirə olunacaq:

“Avropa özünü müstəqil inkişaf mərkəzlərindən biri kimi saxlamaq istəyirsə, şübhəsiz ki, Rusiya ilə yaxşı, mehriban münasibətlərdə olmalıdır. Ən əsası isə biz buna hazırıq. Bunu Şarl de Qoll və Helmut Kol da deyirdi”.



Xəbər xətti