Putinin Ukrayna ilə bağlı şərtinə ABŞ-dən cavab

10:21 15 İyun 2024

Rusiya Prezidenti Vladimir Putinin Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması təklifi beynəlxalq ictimaiyyət üçün qəbuledilməzdir.

Sitat.info xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud deyib.

"Onun təkliflərinin hamısını görməmişəm, amma gördüklərim beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməyəcək", - Vud jurnalistlərə bildirib.

Qeyd edək ki, Putin Ukraynanın Donbas və “Novorossiya”dan qoşunlarını çıxarmağa başladığı və NATO-ya qoşulmamaq öhdəliyi götürən an Rusiyanın atəşi dayandıracağı və danışıqlara hazır olacağını elan edib.



Xəbər xətti