Putinin Ukraynada sülh üçün təklifi

14:26 15 İyun 2024

G7 ölkələrinin liderləri Rusiya Prezidenti Vladimir Putinin Ukraynada sülhlə bağlı təklifini müzakirə etməyib.

Sitat.info xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts mediaya açıqlamasında deyib.

“Putinin təklifləri - Rusiyanın iddia etdiyi 4 ərazidən imtina etmək, döyüşü dayandırmaq və NATO-ya üzv olmaq ambisiyalarından əl çəkmək - yalnız diqqəti sülh konfransından yayındırmaq məqsədi daşıyır. Hər kəs bilir ki, bu, ciddi təklif deyil, yalnız İsveçrədə keçirilən sülh konfransı ilə əlaqəlidir”, - o bildirib.



Xəbər xətti