BMT-dən Qəzza ilə bağlı fəlakət xəbərdarlığı: Yardım maşınları sərhəddə ilişib qalır...

16:03 15 İyun 2024

İsrail və HƏMAS arasında atəşkəs danışıqları çıxılmaz vəziyyətə düşərkən, Qəzzada ərzaq problemi böyüyür.

Sitat.info xəbər veir ki, BMT-nin Ümumdünya Ərzaq Təşkilatının yüksək səviyyəli rəsmisi toqquşmaların davam etdiyi Qəzzanın cənubu üçün "fəlakət" xəbərdarlığı edib.

Həmas və İsrail arasında müharibə davam edərkən, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramından (WFP) Karl Skau  Qəzzanın cənubunda "su və kanalizasiya fəlakəti" olduğunu söylədi.

Skau həmçinin bildirib ki, ÜƏP-in yardım daşıyan yük maşınları Qəzzada sərhəd keçidlərində ilişib qalıb. "Biz gündə beş-səkkiz saat müxtəlif keçid məntəqələrində ilişib qalmışıq.  Bu, hazırda davam edən hərbi əməliyyatların olduğu bir bölgədir və təhlükəsiz hərəkət etmək üçün icazələrə ehtiyacımız var."

Skaunun bəyanatı BMT-nin Uşaq Fondunun (UNICEF) bütün lazımi sənədlərə malik olmasına baxmayaraq, konvoylarından birinin Qəzzanın şimalına girməsinə icazə verilmədiyini açıqladığı gün gəlib.

Türkan,

Sitat.info



Xəbər xətti