Rusiya təyyarəsi bu ölkənin hava məkanını pozdu

19:45 15 İyun 2024

İsveç Silahlı Qüvvələri Rusiya təyyarəsinin ölkənin hava məkanını pozduğunu bildirib.

Sitat.info xəbər verir ki, bu barədə “Expressen” qəzeti məlumat yayıb.

Bildirilib ki, Rusiya təyyarəsi Qotland adasının şərqinə doğru uçub.

Qeyd edilib ki, Rusiya təyyarəsi İsveç hava məkanında qısa müddət ərzində qalıb.



Xəbər xətti