Keşiş erməniləri mitinqə çağırdı

09:06 17 İyun 2024

Ermənistanda etiraz aksiyalarına rəhbərlik edən keşiş Baqrat Qalstanyan vətəndaşları bu gün - iyunun 17-si saat 18:30-da Baqramyan prospektində keçiriləcək növbəti mitinqə çağırıb.

Sitat.info xəbər verir ki, Baqrat Qalstanyan çağırışı ötən axşam Facebook-dakı canlı yayımda edib.

Keşiş bildirib ki, etirazçılar əvvəlcə parlamentin binası qarşısını toplaşacaq. Belə ki, bu gün parlament növbədənkənar iclas keçirməli və hökumətin istefası ilə bağlı məsələni müzakirə etməlidir.

Keşiş insanları təqiblərdən, polis zorakılığından qorxmamağa çağırıb.



Xəbər xətti