ABŞ-də təyyarə qəzaya uğrayıb

09:57 17 İyun 2024

ABŞ-nin Kolorado ştatında iki mühərrikli təyyarə qəzaya uğrayıb.

Sitat.info xəbər verir ki, insident Denverdən təxminən 65 km cənubda Larkspur şəhərciyinin yaxınlığında baş verib.

Bildirilib ki, kiçik ikimühərrikli “Tecnam P2006T” təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər xəsarət alıb.

Hər iki zərərçəkən xəstəxanaya yerləşdirilib.



Xəbər xətti