İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun "İdarə Heyətində çalışan dövlət məmurlarını davamlı olaraq təhqir etmə"yə görə 1 ildən 4 ilə qədər azadlıqdan məhrum edilməsi istənilib.
SİTAT.İNFO xəbər verir ki, bu barədə Türkiyə mediası yazır.
Belə ki, onun 4 noyabr 2019-cu ildə mətbuata açıqlamasında İdarə Heyətinin üzvlərini təhqir etdiyi iddia edilir. Əkrəm İmamoğlunun işi ilə bağlı rəyini açıqlayan prokurorluq onun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İmamoğlunun vəkili Kemal Polat müdafiə hazırlamaq üçün vaxt tələb edib. Vəkilinə vaxt verən məhkəmə iclası təxirə salıb.