Çexiyada hərbi poliqonda partlayış: 9 hərbçi yaralandı

17:40 17 İyun 2024

Çexiyanın “Libava” hərbi poliqonunda döyüş sursatı partlayıb.

Sitat.info xəbər verir ki, bu barədə Çexiya ordusunun mətbuat xidməti məlumat yayıb.

"Hazırda biz bununla məşğuluq. Təəssüf ki, hadisə zamanı 9 hərbçi yaralanıb", - açıqlamada bildirilib.

Qeyd olunur ki, hazırda insident hərbi polis tərəfindən araşdırılır.

Hadisə yerinə xilasedici helikopter göndərilib.



Xəbər xətti