Xəstəxanada yanğın - 9 nəfər öldü

11:06 18 İyun 2024

İranın Rəşt şəhərinin Qaim xəstəxanasında güclü yanğın baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Rəştin Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Tağı Aşubi məlumat verib.

O bildirib ki, yerli vaxtla səhər saat 01:30-da baş verən hadisə nəticəsində 9 nəfər ölüb.

“Ölənlərin 8-i xəsətəxananın reanimasiya bölməsində müalicə olunan xəstələrdir”.

Yanğının səbəbləri açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti