Türkiyə Rusiyanı növbəti faciədən xilas etdi

12:15 18 İyun 2024

Türkiyə xüsusi xidmət orqanları rusiyalı həmkarlarına xəbərdarlıq edərək, “Krokus Siti Holl” ticarət mərkəzinə hücumdan sonra Moskvada ikinci terror aktının qarşısını almağa kömək ediblər.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Hürriyet” qəzetinin köşə yazarı Hande Fıratın sözlərinə görə, terror qruplaşması konsert salonuna ilk hücumdan sonra insanların sıx toplaşdığı ticarət mərkəzinə hücum etməyi planlaşdırıb:

“Türkiyə kəşfiyyatı Moskva ilə əlaqə saxlayaraq bu ikinci böyük terror aktının qarşısını alıb”.

Qeyd edək ki, “Krokus Siti Holl”da terakt 22 martda baş verib, nəticədə 145 nəfər ölüb, 550 nəfər yaralanıb.



Xəbər xətti