İyunun 19-na gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sitat.info-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər və gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacaq.