Çinin 20 PUA və 7 hərbi gəmisi Tayvana yaxınlaşdı

16:55 18 İyun 2024

Tayvan silahlı qüvvələri bir gündə Çin ordusunun 20 PUA və 7 gəmisinin adaya yaxınlaşdığını qeydə alıb.

Sitat.info xəbər verir ki, bu barədə Tayvan MN məlumat yayıb.

Bildirilib ki, 12 PUA Tayvan boğazının median xəttini keçərək adanın cənub-qərb və cənub-şərq hissəsində hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olub.

Tayvan ordusu hədəfləri izləmək üçün təyyarələr, gəmilər və yerüstü zenit-raket sistemlərini aktivləşdirməklə cavab verib.



Xəbər xətti