NATO nüvə silahlarını hazır vəziyyətə gətirir

09:01 19 İyun 2024

NATO-ya məxsus nüvə başlıqlarının hazır vəziyyətə gətirilməsi müzakirə edir.

Sitat.info xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq “The Telegraph”a müsahibəsində bildirib.

Baş katib qeyd edib ki, raketlərin anbardan çıxarılması və çəkindirmə vasitəsi kimi döyüşə hazır vəziyyətə gətirilməsi haqqında alyans üzvləri arasında məsləhətləşmələr aparılır:

“Mən nə qədər nüvə başlığının işlək olması və neçəsinin anbarda olması barədə danışmayacam, amma biz bu məsələlərlə bağlı məsləhətləşməliyik. Nüvə şəffaflığı NATO-nun alyansı “daha təhlükəli dünya” adlandırdığı şeyə hazırlamaq üçün nüvə strategiyasının təməl daşı olmalıdır”.



Xəbər xətti