Heydərov iclas keçirdi: tapşırıqlar verdi

17:41 20 Aprel 2022

20 aprel 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin inzibati binasında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə iclas keçirilib. Nazirliyin səlahiyyətlərinə aid təhlükəsizliyə nəzarət məsələlərinin müzakirəsinə həsr olunmuş iclasda FHN-in müvafiq struktur bölmələrinin rəhbərləri iştirak edib.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a bildirilib ki, iclasda çxış edən nazir Kəmaləddin Heydərov FHN-in fəaliyyət istiqamətlərinə uyğun olaraq əhali və ərazilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fəaliyyətindən, xüsusilə ticarət, xidmət, istehsal sahələrində aidiyyəti üzrə təhlükəsizliyə nəzarətin təmin edilməsi məsələlərindən danışıb. Bu məqsədlə aidiyyəti dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayan nazir həlli vacib məsələləri qeyd edib.

Sonra Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin məruzələri dinlənilib, müvafiq tapşırıqlar verilib.



Xəbər xətti