Gəncədə çay sahilində köməksiz qalan qadın xilas edilib.
Sitat.info Qafqazinfo-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri ərazisində Gəncəçay çayının sahilində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, Gəncə şəhər sakini 1965-ci il təvəllüdlü Ağayeva Nailə Sabir qızı ehtiyatsızlıqdan dərinliyi təqribən 3 m olan çay sahilinə yıxılıb və xəsarətlər alaraq köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi xilasetmə vasitələri ilə N.Ağayevanı təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.