Tiflisin AB-yə inteqrasiyasını bu qanun dondurdu – Səfir

16:45 19 İyun 2024

Gürcüstanın Avropa Birliyinə inteqrasiya prosesi ölkə parlamentinin “Xarici agentlər haqqında” qanunu qəbul etməsi səbəbindən dondurulub.

Sitat.info xəbər verir ki, bunu AB-nin Gürcüstandakı səfiri Pavel Gerçinski deyib.

“Bilirsiniz ki, AB-yə inteqrasiya yekdillik tələb edir və biz artıq eşitmişik ki, bəzi üzv ölkələr bu qanun qəbul edilərsə, Gürcüstanla üzvlük danışıqlarının başlanmasının əleyhinə olacaqlarını açıq şəkildə bəyan ediblər”, - Gerçinski bildirib.

Diplomat əlavə edib ki, gələn həftə Avropa Birliyi “Xarici agentlər haqqında” qanuna görə Gürcüstana qarşı cavab tədbirləri üzərində işə başlayacaq.



Xəbər xətti