Ərdoğanla Putin görüşəcək

10:26 20 İyun 2024

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 3-4-də Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırır.

Sitat.info xəbər verir ki, bu barədə “Habertürk” telekanalı məlumat yayıb.

Kanal qeyd edir ki, bu görüşün gündəliyinə Ukraynadakı münaqişə, taxıl tədarükü kontekstində Qara dəniz mövzusu, “Akkuyu” AES-də işlərin gedişi, qaz ticarəti mərkəzinin yaradılması perspektivləri, Suriyanın şimalındakı kürd bölgələrində seçkilər kimi məsələlər daxil ola bilər.



Xəbər xətti