Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov

18:21 20 Aprel 2022

Bu gün biz Dövlətlərarası Şuranı da təsis etdik. Onun iclaslarında ölkələrimiz arasında münasibətlərin inkişafının ən mühüm məsələlərinə baxılacaq.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyevlə keçirilən mətbuat konfransında Qırğızıstan Prezidenti Sadır Japarov deyib.

“Bütövlükdə cəmi on mühüm sənəd və saziş, o cümlədən kənd təsərrüfatı, informasiya texnologiyaları, aviasiya nəqliyyatı, antiinhisar nizamlama və intellektual mülkiyyətin qorunması kimi sahələrdə əməkdaşlıq haqqında sənədlər imzalanıb. Ticari-iqtisadi sahədə praktiki əməkdaşlıq üçün geniş imkanlarımız var. Bu gün biz öz iqtisadiyyatımızın liberallaşdırılmasına yönəlmiş addımlar atırıq. İnvestisiya qanunvericiliyi təkmilləşdirilir, bununla əlaqədar Qırğız Respublikasının bir çox ölkələrlə investisiya əməkdaşlığı fəallaşır. Ona görə də biz Azərbaycanın biznes dairələrini ölkəmizdə investisiya imkanlarını fəal öyrənməyə dəvət edirik”, - Japarov qeyd edib.



Xəbər xətti