Fransa “Sezar” bəhanəsi ilə İrəvana ordu göndərir

16:30 20 İyun 2024

Ararat Mirzoyan və Armen Qriqoryanın Fransanın hərbi rəhbərliyi ilə görüşlərinin leytmotivi Ermənistan ərazisində hərbi baza yaratmaq layihəsidir.

Axar.az xəbər verir ki, bu iddianı “Enabludatel” Teleqram kanalı irəli sürüb.

Bildirilir ki, “Sezar” haubitsaların alınması ilə bağlı qalmaqallı sövdələşmə Fransa hərbçilərinin Ermənistanda görünməsi üçün sadəcə örtükdür. Çünki silahlara qulluq adı altında Ermənistana hərbi heyət göndərilə bilər.

Kanal həmçinin iddia edir ki, KNDS qrupu ilə Ermənistan arasında “Sezar”artilleriya qurğularının tədarükü ilə bağlı imzalanan sensasiyalı müqavilə 2-3 ildən tez yerinə yetirilməyəcək. Çünki keçən il 3,3 milyard avro dövriyyəyə malik olan istehsalçı təxminən 16 milyard avroluq sifarişləri yerinə yetirə bilməyib. Bundan əlavə 2024- cü idə daha 7,8 milyard avroluq sifariş alıb.



Xəbər xətti