Kanada səfiri İran XİN-ə çağırıldı

09:57 21 İyun 2024

Kanadanın SEPAH-ı terror təşkilatı elan etməsi səbəbindən bu ölkənin Tehrandakı səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb.

Sitat.info xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

"Kanadanın SEPAH-la bağlı qəbul etdiyi bu qərar beynəlxalq hüququn prinsip və normalarını pozan zərərli təxribatdır və sadəcə soyqırım rejiminə, terrorçulara, regional sülhün, sabitliyin düşmənlərinə hədiyyədir", - İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bagiri Kani sosial şəbəkə hesabında yazıb.

Kanada səfirinə bildirilib ki, Tehran cavab hüququnu özündə saxlayır.



Xəbər xətti