Ermənistan Fələstinin müstəqilliyini tanıdı

12:38 21 İyun 2024

Ermənistan Fələstinin müstəqilliyini tanıyıb.

Sitat.info xəbər verir ki, bununla bağlı Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Ermənistan Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olmasında, İsrail və Fələstin xalqları arasında davamlı sülhün bərqərar olmasında səmimi maraq göstərir. Müxtəlif beynəlxalq platformalarda biz həmişə Fələstin probleminin sülh yolu ilə və hərtərəfli həllinin tərəfdarı olmuşuq və İsrail-Fələstin münaqişəsinin həllində “iki dövlət” prinsipini dəstəkləmişik", - XİN bəyanatında qeyd olunub.

"Biz əminik ki, bu, fələstinlilərin və israillilərin qanuni istəklərini həyata keçirə bilməsini təmin etməyin yeganə yoludur. Ermənistan Respublikası beynəlxalq hüquqa və xalqların bərabərlik, suverenlik və dinc yanaşı yaşaması prinsiplərinə sadiqliyini bir daha təsdiq edərək, Fələstin dövlətini tanıyır", - Ermənistan XİN bildirib.



Xəbər xətti