İsrailin Qəzzaya hücumunda ölən jurnalistlərin sayı açıqlandı: Dəhşətli rəqəm...

14:54 21 İyun 2024

 Oktyabrın 7-dən bəri İsrailin hücumlarında ölən jurnalistlərin sayı 152-yə yüksəlib.  Qəzza zolağı hökuməti 2023-cü il oktyabrın 7-dən bəri İsrailin hücumlarında həlak olan jurnalistlərin sayının 152-yə yüksəldiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, açıqlamada İsrail ordusunun hücumu zamanı bu gün daha bir jurnalistin həyatını itirdiyi qeyd edilib.

Ölən jurnalistin Əl-Əqsa televiziyasında işləyən Səlim əl-Şərifə olduğu bildirilib.

Açıqlamada, İsrailin 7 oktyabr 2023-cü ildə başlayan hücumlarında ölən jurnalistlərin sayının 152-yə yüksəldiyi bildirilib.

Türkan,

Sitat.info



Xəbər xətti