Moskvada güclü qasırğa: Ölən və yaralananlar var -VİDEO

15:04 21 İyun 2024

Rusiyanın paytaxtı Moskvada güclü qasırğa baş verib.

Çoxlu ağaclar aşıb, avtomobillərə və binaların çöl hissələrinə ziyan dəyib.

Sitat.info xəbər verir ki, yerli rəsmilərin verdiyi  açıqlamada, Moskvada bir nəfərin ağacın aşması, bir nəfərin isə üzərində olduğu qurğunun uçması nəticəsində öldüyü bildirilib.

Fırtınada 10 nəfərin yaralandığı bildirilib.

Güclü qasırğanın  davam etdirəcəyi gözlənilir.

ə

 

Nərmin,

Sitat.info



Xəbər xətti