Fransada növbədənkənar parlament seçkiləri ərəfəsində Marin Le Penin partiyasının namizədi Herve Bervil hücuma məruz qalıb.
Sitat.info xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, ifrat sağçı namizədi seçki kampaniyası apararkən maskalanmış qara geyimli şəxslər döyüb.
O, hücumdan sonra xəstəxanaya yerləşdirilib.
Le Pen X hesabında hücuma münasibət bildirərək, radikal solçuları seçki kampaniyasını xaosa sürükləməkdə ittiham edib.