Rəisinin öldüyü yerdə yüzlərlə ağac kəsildi

17:50 21 İyun 2024

İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olduğu Dizmar meşəsində yüzlərlə ağac kəsilib.

Sitat.info xəbər verir ki, bu barədə yerli sosial media fəalları və ekofəallar məlumat yayıb.

Bildirilir ki, proses hazırda da davam edir.

Nadir ağac növlərinin kəsilməsi və meşə zolağının məhvinin İbrahim Rəisinin həlak olduğu yerdə ziyarətgahın inşası ilə əlaqədar olduğu qeyd edilir.



Xəbər xətti