Hindistanın Türkiyədəki səfiri öldü

13:33 22 İyun 2024

Hindistanın Ankaradakı səfiri Virander Paul vəfat edib.

Sitat.info xəbər verir ki, bu barədə Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar X səhifəsində məlumat yayıb.

“Hindistan Xarici Xidməti üçün böyük itki. Onunla bir çox vəzifələrdə yaxından işləmişəm. Mən həmişə onun fədakarlığına və xidmətinə heyran olmuşam və onun çoxsaylı nailiyyətlərini yüksək qiymətləndirirəm”, – Hindistanın xarici işlər naziri bildirib.

Bəzi məlumatlara görə, xərçəng xəstəliyindən müalicə olunan Paul öz ölkəsində dünyasını dəyişib.



Xəbər xətti