İsrail ikinci müharibəyə başlasa, ABŞ yardım edəcək - CNN

17:00 22 İyun 2024

ABŞ hakimiyyətinin nümayəndələri Təl-Əvivi Hizbullahla genişmiqyaslı müharibə olacağı təqdirdə İsrailə yardım edəcəklərinə əmin ediblər. Eyni zamanda, Vaşinqton münaqişə zonasına Amerika qoşunlarını göndərməyəcək.

Sitat.info xəbər verir ki, bu barədə CNN ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd edək ki, ötən gecə İsrailin xarici işlər naziri İsrail Katz bildirib ki, yəhudi dövlətinin hakimiyyəti Livanda yerləşən Hizbullah silahlı birləşmələrinin növbəti hücumlarını dayandırmaq niyyətindədir və tezliklə bu istiqamətdə lazımi qərarlar qəbul edəcək.



Xəbər xətti