İranlı reperin edam hökmü ləğv edildi

17:15 22 İyun 2024

İranın Ali Məhkəməsi həbsdə olan iranlı reper Tumac Salehinin edam hökmünü ləğv edib.

Sitat.info xəbər verir ki, bu barədə T. Salehinin vəkili Əmir Rəisyan X hesabında yazıb.

“Tumac Salehinin ölüm hökmü ləğv edildi. Ali Məhkəmə işə yenidən baxılması üçün göstəriş verib”, - Salehinin vəkili qeyd edib.

Qeyd edək ki, Salehi 2022-ci ilin sentyabrında Məhsa Əmininin Əxlaq polisinin nəzarətində öldürülməsi ilə bağlı ümummilli etirazları dəstəklədiyinə görə oktyabrda həbs olunmuşdu.



Xəbər xətti