Macarıstanın vetosu bu cür “zərərsizləşdirilir”

12:45 24 İyun 2024

AB Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə Kiyev üçün silah alışına Macarıstanın veto qoymasından yan keçəcək mexanizm hazırlayıb.

Sitat.info xəbər verir ki, bu barədə AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

Onun sözlərinə görə, əvvəllər Rusiya aktivlərindən istifadə təklifini rədd edən Budapeşt onların istifadəsi ilə bağlı qərarda iştirak etməməlidir.

Borrell qeyd edib ki, vetodan yayınma mexanizmi istənilən hüquqi qərar kimi mürəkkəb, lakin işlək olacaq.

//Axar.az



Xəbər xətti