Husilər Qırmızı dəniz və Hind okeanında iki gəmini vurdu

13:06 24 İyun 2024

Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dəniz və Hind okeanında iki gəmini qanadlı raket və pilotsuz dəniz silahı ilə vurduqlarını açıqlayıblar.

Sitat.info xəbər verir ki, Husilərin hərbi sözçüsü Yəhya Seri açıqlamasında “Transworld Navigator” adlı gəminin Qırmızı dənizdə pilotsuz dəniz silahı əsi ilə hədəf alındığını qeyd edib.

Seri, Stolt Sequoia adlı başqa bir gəminin də Hind okeanında qanadlı raketlə müvəffəqiyyətlə vurulduğunu açıqlayıb. 

Hərbi sözçü gəmilərin "işğal olunmuş Fələstin limanlarına giriş qadağasını" (husilərin elan etdiyi qadağa) pozduqları üçün hədəfə alındığını bildirib.

Qırmızı dənizdəki vəziyyət
Yəməndə İranın dəstəklədiyi husilər 31 oktyabr 2023-cü il tarixindən etibarən İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq İsrail şirkətlərinə bağlı olan Yəmən sahillərindəki ticarət gəmilərini ələ keçirir və bəzilərinə pilotsuz uçuş aparatları ilə, raketlərlə hücumlar təşkil edirlər. 

Husilərin hərəkətləri səbəbindən bir çox gəmiçilik şirkəti Qırmızı dənizdə üzməyi dayandırmaq qərarına gəlib.

ABŞ qlobal dəniz ticarəti təhlükəsizliyinin təhlükə altında olduğunu əsas gətirərək 18 dekabr 2023-cü il tarixində bir qrup ölkənin iştirakı ilə Husi qüvvələrinə qarşı "Rəfahın Mühafizəçisi" adlı çoxmillətli "dəniz işçi qrupu" yaradıldığını açıqlayıb. 

Yəməndə ABŞ və İngiltərənin nəzarəti altında olan bölgələrə hücumlarından sonra husilər bu ölkələrin bütün gəmilərini hədəf alacaqlarını açıqlayıblar.

Məğrur,

Sitat.info



Xəbər xətti