Qətlə yetirilən polislərimiz dəfn olundu

16:11 24 İyun 2024

Qətlə yetirilən polislərimiz dəfn olunub.

Bu barədə Axar.az-a Daxil İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Mirəli Heydərov Kürdəmir rayonu Cəyli kəndində, Mahir Ağayev Binə qəbiristanlığında, Eldəniz Məmmədov isə Bakıxanov qəbiristanlığında dəfn olunublar.

Qeyd edək ki, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Rövşən Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib və “Lancaster” markalı ov silahından atəş açaraq, 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.

Qətlə yetirilən polis əməkdaşları serjantlar Mahir Ağayev və Mirəli Heydərov və kapitan Eldəniz Məmmədovdur.



Xəbər xətti