Rusiyada hücumlarda ölənlərin sayı 21-ə yüksəlib

13:09 25 İyun 2024

Rusiyanın Dağıstan Muxtar Respublikasının Administratoru Mavsum Rəhimov Mahaçqala və Dərbənd şəhərlərində silahlı hücumlar nəticəsində ölənlərin sayının 21-ə yüksəldiyini açıqlayıb.
Sitat.info xəbər verir ki,  Mavsum Rəhimov iyunun 23-də Mahaçqala və Dərbənd şəhərlərində polis bölməsi, sinaqoq və iki kilsəni hədəf alan hücumlarla bağlı Telegram kanalında açıqlama verib:

"Daha bir gənc polis bu gecə həyatını itirdi. O, terror təhlükəsi ilə mübarizə apararkən sevdiklərinə və ölkəsinə sipər olmaqdan qorxmadı. Ailəsinə, yaxınlarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm".

Xatırladaq ki, hadisə Rusiya Daxili İşlər Nazirliyi iyunun 23-də naməlum silahlı şəxslərin Mahaçqala və Dərbənd şəhərlərində hücum təşkil etdiyini açıqlayıb.

Polis bölməsi, sinaqoq və iki kilsənin hədəfə alındığı hücumlarda 15-i polis, 5-i mülki olmaqla 20 nəfərin həyatını itirdiyi, 5 təcavüzkarın öldürüldüyü bildirilmişdi. 

Rusiya mətbuatında çıxan bəzi xəbərlərdə hücum edənlərdən ikisinin Dağıstanın Serqokalinski vilayətinin administratoru Maqomed Ömərovun oğulları olduğu iddia edilib. Hücumdan sonra Ömərovun saxlanılaraq tutduğu vəzifədən azad edildiyi bildirilir.

Nərgiz,

Sitat.info



Xəbər xətti